Modern.az

Ərdoğan Azərbaycandan danışdı - İrəvana mesaj verdi

Ərdoğan Azərbaycandan danışdı - İrəvana mesaj verdi

Dünya

20 May 2024, 22:10

Can Azərbaycana dəstəyimizi bir daha bildirdik.

 

Modern.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra keçirdiyi mətbuat konfransında deyib.

 

"Kahramanmaraşda azərbaycanlı qardaşlarımızın tikdiyi evlərin tikintisi davam edir. Biz bu evlərə aramızdakı sarsılmaz qardaşlıq bağının simvolu kimi baxırıq", - o deyib.

 

Ərdoğan bildirib ki, Türkiyə işğal altında olan 4 kəndin Azərbaycana qaytarılması ilə bağlı razılaşmanı alqışlayıb.

 

"Azərbaycanlı qardaşlarımız sülh istəyən tərəf olduqlarını dəfələrlə nümayiş etdiriblər və biz Ermənistan rəhbərliyindən də eyni münasibəti gözləyirik.

 

Türkiyə olaraq qalıcı sülhə nail olmaq üçün hər cür səy göstərəcəyik", - Türkiyə Prezidenti qeyd edib.

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi