Modern.az

ABŞ da İrana başsağlığı verdi

ABŞ da İrana başsağlığı verdi

Dünya

20 May 2024, 23:04

ABŞ Dövlət Departamenti İran Prezidenti İbrahim Rəisinin ölümü ilə bağlı başsağlığı verib.

 

Modern.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin sözçüsü Metyu Miller bəyanat yayıb.

 

"ABŞ İranın şimal-qərbində baş vermiş helikopter qəzası nəticəsində İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir-Abdullahian və nümayəndə heyətinin digər üzvlərinin həlak olması ilə bağlı rəsmi başsağlığı verir. Biz İran xalqına dəstəyimizi bir daha təsdiqləyirik",- deyə bəyanatda deyilir.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi