Modern.az

Rəisinin ölümü ilə bağlı yeni detallar - Nazir AÇIQLADI

Rəisinin ölümü ilə bağlı yeni detallar - Nazir AÇIQLADI

Dünya

21 May 2024, 00:30

İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəzaya uğraması barədə ilk xəbərləri alandan dərhal sonra Türkiyə vəziyyəti izləməyə başlayıb.

 

Modern.az xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bildirib.

 

Nazirin sözlərinə görə, Türkiyə İranın şimal-qərbində qəzaya uğrayan helikopterdən gələn siqnalları qeydə almayıb.

 

“İran Türkiyə hava axtarış-xilasetmə mütəxəssislərinin məsuliyyəti zonasındadır. Bununla bağlı havada və dənizdə bütün siqnalları izləyirlər. Birinci mərhələdə biz helikopterin siqnal verib-verməməsinə nəzarət etdik və İran tərəfi ilə əlaqə yaratdıq. Hesab edirik ki, siqnal sistemi söndürülüb, yaxud helikopter onunla təchiz olunmayıb, çünki bizə heç bir siqnal gəlməyib və onlar bizim tərəfimizdən qeydə alınmalıdır”, - o deyib.

 

Nazir helikopterin qalıqlarını Türkiyəyə məxsus “Akıncı” pilotsuz uçuş aparatı tərəfindən aşkarlandığını vurğulayıb və bu hadisənin naviqasiyanın vacibliyini sübut etdiyini qeyd edib. 

 

Türkiyə rəsmisinin sözlərinə görə, helikopter qəzasında mümkün kriminal çalarlardan danışmaq tezdir.

 

İran Prezidenti İbrahim Rəisi və digər dövlət rəsmilərinin olduğu helikopter qəzaya uğrayıb. Helikopterin göyərtəsində xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Təbrizin imam cüməsi Ayətullah Əli Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti də olub. Onların hamısı həlak olub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi