Modern.az

Erməni deputatlar Rəisi və Abdullahianı 1 dəqiqəlik sükutla ANDI

Erməni deputatlar Rəisi və Abdullahianı 1 dəqiqəlik sükutla ANDI

Dünya

21 May 2024, 10:31

Ermənistan parlamenti helikopterin qəzaya uğraması nəticəsində həlak olan İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian və digər yüksək vəzifəli şəxslərin xatirəsini bir dəqiqəlik sükutla yad edib.

 

Modern.az xəbər verir ki, bu barədə "Armenpress" məlumat yayıb.

 

Qeyd edək ki, mayın 19-da İranın Şərqi Azərbaycan əyalətində prezidenti daşıyan helikopter qəzaya uğrayıb. Qəza nəticəsinə dövlət başçısı İbrahim Rəisi ilə yanaşı, helikopterdə olan xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Şərqi Azərbaycan əyalətinin qubernatoru Malik Rahmati, Təbriz şəhərinin cümə imamı Məhəmməd Ali əl-Haşim, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) generalı, Prezident qvardiyasının rəhbəri Mehdi Musəvi də həyatını itirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama