Modern.az

Rusiya səfiri daşnaklardan Trampın seçilməsinə dəstək istəyib? - İDDİA

Rusiya səfiri daşnaklardan Trampın seçilməsinə dəstək istəyib? - İDDİA

Dünya

21 May 2024, 12:23

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin bu yaxınlarda eks-prezident Robert Koçaryan və Daşnaksütun Partiyasının nümayəndələri ilə görüş keçirib.

 

Modern.az xəbər verir ki, bunu erməni teleqram kanalları mənbələrinə istinadən yazıb.

 

İddiaya görə, səfir ABŞ-da noyabr ayında keçiriləcək seçkilərdə Donald Trampın seçilməsi məsələsində onlardan dəstək istəyib.

 

"Səfirin sözlərinə görə, erməni təşkilatları ABŞ-da böyük nüfuza malikdir və uyğun namizədin lehinə çoxlu səs toplaya bilir, - məlumatda deyilir.

 

Hələlik belə bir görüşün keçirilib-keçirilməməsi və nələrin müzakirə olunması ilə bağlı heç bir rəsmi məlumat yoxdur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama