İran prezidenti İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir Abdullahian üçün sabah keçiriləcək dəfn mərasimində Türkiyədən kimlərin iştirak edəcəyi məlum olub.
Modern.az xəbər verir ki, bu barədə TRT məlumat yayıb.
Belə ki, mərasimdə Türkiyə vitse-prezidenti Cevdet Yılmaz və xarici işlər naziri Hakan Fidan iştirak edəcək.
Helikopter qəzasında həyatını itirən İran prezidenti İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir Abdullahian üçün sabah İranın paytaxtı Tehranda dəfn mərasimi keçiriləcək.