Dövlət Dumasının sədri Vyaçeslav Volodin İran Prezidenti İbrahim Rəisi ilə vida mərasimində Rusiya nümayəndə heyətinə başçılıq edəcək.
Modern.az xəbər verir ki, bu barədə “İnterfaks”a RF Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Bizim iranlı dostlarımız vida mərasimini sabaha təyin ediblər. Bu səbəbdən Rusiya tərəfi Vyaçeslav Volodinin başçılıq etdiyi nümayəndə heyəti ilə təmsil olunacaq. O, sabah oraya yola düşəcək”, - deyə D.Peskov qeyd edib.