Modern.az

Lukaşenkonun adından İran səfirliyində başsağlığı verildi - FOTO

Lukaşenkonun adından İran səfirliyində başsağlığı verildi - FOTO

Dünya

21 May 2024, 16:16

İranın Minskdəki səfirliyinin matəm kitabına Belarus prezidenti Aleksandr Lukaşenkonun adından Prezident Administrasiyası rəhbərinin birinci müavini Maksim Rıjenkov qeydlər aparıb.

 

Modern.az xəbər verir ki, bu barədə BELTA məlumat yayıb.

 

“Belarus xalqı və şəxsən öz adımdan dostum, İran İslam Respublikasının Prezidenti İbrahim Rəisinin, eləcə də İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian və onu müşayiət edən digər şəxslərin təyyarə qəzası nəticəsində faciəli şəkildə həlak olması ilə əlaqədar səmimi başsağlığı verirəm.”, - Belarus dövlətinin başçısının adından qeyd olunub.

 

“O, Belarus-İran münasibətlərinin möhkəmlənməsi üçün çox işlər görmüş çox peşəkar və müdrik siyasətçi kimi yaddaşımda əbədi qalacaq. Bütün İran xalqı ilə birlikdə dərin hüznlə yas saxlayıram", - mətndə deyilir.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama