Modern.az

Ermənistanda kilsələr vergiyə cəlb oluna bilər

Ermənistanda kilsələr vergiyə cəlb oluna bilər

Dünya

21 May 2024, 16:22

Ermənistan parlamenti yaxın vaxtlarda Erməni Apostol Kilsəsinin vergi sahəsinə daxil edilməsi məsələsini müzakirə etməyi təklif edir.

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu fikri parlamentin spikeri Alen Simonyan səsləndirib.

 

“Duyğularımızla, tariximizlə oynamağı dayandırın, artıq siyasətlə məşğul olub, diasporadan pul yığıb, şam, koka-kola, şərab satıb, restoranlarda olub, vergi ödəməyib... Başa düşmək istəyirəm ki, əli öpən din xadimi nə üçün vergi ödəyən, orduya sursat alan sadə iş adamından üstün olmalıdır.

 

Mənim üçün böyük vergi ödəyiciləri ən vacib insanlardır. Onlar Ermənistanın təhlükəsizliyini maliyyələşdirir”, - o, parlamentin tribunasından bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama