Modern.az

İspaniya Argentinadakı səfirini HƏMİŞƏLİK geri çağırır

İspaniya Argentinadakı səfirini HƏMİŞƏLİK geri çağırır

Dünya

21 May 2024, 16:34

İspaniya Argentinadakı səfirini həmişəlik geri çağırmaq qərarına gəlib. 

 

Modern.az xəbər verir ki, bunu İspaniyanın xarici işlər naziri Xose Manuel Albares bildirib.

 

Qeyd olunub ki, səfir daimi olaraq Madriddə yerləşəcək, Argentina səfirsiz qalacaq.

 

İspaniya səfiri mayın 20-də ölkəni tərk edib, lakin ilkin olaraq onun məsləhətləşmələr üçün geri çağırılması barədə danışılıb.

 

Bu qərar Argentina prezidenti Xavyer Maylinin İspaniyanın baş naziri Pedro Sançesin həyat yoldaşı Beqonya Qomesi korrupsiyada ittiham etməsindən sonra verilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama