Modern.az

“Meta” Baş nazirə sui-qəsd edən şəxsin feysbuk hesabını sildi

“Meta” Baş nazirə sui-qəsd edən şəxsin feysbuk hesabını sildi

Dünya

22 May 2024, 07:30

“Meta” korporasiyası Slovakiyanın Baş naziri Robert Fitsonun həyatına sui-qəsd edən Juray Çintulanın feysbuk sosial şəbəkəsindən hesabını silib.

 

Modern.az xəbər verir ki, bu barədə “Aktuality” xəbər portalı məlumat yayıb.

 

Məlumata görə, hesab mayın 16-na keçən gecə silinib. Korporasiya bu addımı vətəndaşlar və cəmiyyət üçün təhlükə yaradan feysbuk istifadəçiləri ilə bağlı mövcud qaydalara əsaslanaraq atıb.

 

Slovakiyanın daxili işlər naziri Matus Şutai-Eştok daha əvvəl bildirmişdi ki, Fitsonun həyatına sui-qəsd işi üzrə istintaq hadisənin təkbaşına törədilmədiyi versiyası üzərində işləyir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama