Modern.az

Şahbaz Şərif Rəisi ilə vida mərasimində iştirak edəcək

Şahbaz Şərif Rəisi ilə vida mərasimində iştirak edəcək

Dünya

22 May 2024, 08:56

Pakistanın Baş naziri Şahbaz Şərif İran xalqına başsağlığı vermək və təyyarə qəzasında həlak olan prezident İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir-Abdullahian və digər rəsmilər ilə rəsmi vida mərasimində iştirak etmək üçün İrana səfər edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Pakistanın Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

 

Şərif mayın 22-də İrana gedəcək. O həmçinin İranın ruhani lideri Ayətullah Əli Xamenei və prezident səlahiyyətlərini icra edən Məhəmməd Möhbərlə görüşlər keçirəcək.

 

Qeyd edək ki, ötən gün İbrahim Rəisinin dəfn mərasiminin mayın 23-də doğulduğu Məşhəd şəhərində keçiriləcəyi açıqlanmışdı.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama