Modern.az

Rəisinin ölümünə yas tutmuruq - Blinkendən sərt AÇIQLAMA

Rəisinin ölümünə yas tutmuruq - Blinkendən sərt AÇIQLAMA

Dünya

22 May 2024, 09:34

ABŞ dövlət katibi Antoni Blinken Konqresdə keçirilən dinləmələr zamanı İran prezidenti İbrahim Rəisinin helikopter qəzasında həlak olmasını şərh edib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ dövlət katibi İran prezidentinin ölümünə təəssüflənməyib:

“Rəsinin bir hakim və prezident kimi dəhşətli hərəkətlərini nəzərə alsaq, İran xalqı yəqin ki, onsuz daha yaxşı vəziyyətdə olacaq”.

"Biz, şübhəsiz ki, onun ölümünə yas tutmuruq", - Antoni Blinken əlavə edib.

Daha əvvəl ABŞ Dövlət Departamenti İbrahim Rəisinin və digər İran rəsmilərinin vəfatı ilə əlaqədar başsağlığı vermiş, İran xalqına və onun insan haqları və əsas azadlıqlar uğrunda mübarizəsinə dəstəyini bir daha təsdiqləmişdi.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama