Ermənistan baş naziri Nikol Paşinyan İrana səfər edib.
Modern.az xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb.
Qeyd olunub ki, o, "təyyarə qəzasında həlak olan İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian və onları müşayiət edənlərin xatirəsini ehtiramla yad etmək üçün" rəsmi tədbirdə iştirak etmək məqsədilə Tehrana gedib.
Xatırladaq ki, 19 mayda İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Təbriz cümə imamı Məhəmməd Əli Haşim, Şərqi Azərbaycan ostanının valisi Malik Rəhmətini aparan helikopter qəzaya uğrayıb. Helikopterdəkilərin hamısı həyatını itirib.