Modern.az

3 dövlət Fələstinin müstəqilliyini TANIDI

3 dövlət Fələstinin müstəqilliyini TANIDI

Dünya

22 May 2024, 11:24

Norveçin ardınca İspaniya və İrlandiya da Fələstin dövlətinin müstəqilliyini tanımaqlarına dair niyyətlərini təsdiqləyiblər.

 

Modern.az xəbər verir ki, İrlandiya və İspaniyanın baş nazirləri Simon Harris və Pedro Sançes ölkələrin Fələstin dövlətini tanımaq qərarına gəldiyini açıqlayıb.

 

Hər üç ölkənin qərarı çərşənbə axşamı, mayın 28-də qüvvəyə minəcək.

 

“Hər birimiz bu qərarı həyata keçirmək üçün bütün lazımi milli addımları atacağıq”, - Harris mətbuat konfransında deyib.

 

***

10:40

 

Norveç Fələstin dövlətini rəsmən tanıyıb.

 

Modern.az RİA-ya istinadən xəbər verir ki, qərar mayın 28-də qüvvəyə minəcək.

 

Skandinaviya ölkəsi Fələstini tanıyan 10-cu Avropa İttifaqı üzvü olub. Bolqarıstan, Kipr, Çexiya, Macarıstan, Malta, Polşa, Rumıniya və Slovakiya bunu hələ 1988-ci ildə, birliyə qoşulmazdan əvvəl etmişdilər.

 

İsveç isə 2014-cü ildə Fələstini tanıyıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi