Modern.az

Prezident Zurabişvilinin qoyduğu vetonu aradan qaldıracağıq - Hakim partiya

Prezident Zurabişvilinin qoyduğu vetonu aradan qaldıracağıq - Hakim partiya

Dünya

22 May 2024, 10:58

Gürcüstan prezidentinin “xarici agentlər” haqqında qanuna veto qoyması növbəti sessiya həftəsində aradan qaldırılacaq.

 

Modern.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bunu hakim “Gürcü arzusu” partiyasından bildiriblər.

 

"Gürcüstan prezidenti müzakirəni davam etdirmək üçün nəzəri şans buraxmadı və Venesiya Komissiyasının bugünkü yekununun qanuna rasional və hüquqi cəhətdən əsaslandırılmış dəyişikliklər etmək üçün hər hansı şansın olub-olmadığını söyləmək də çətindir", - deyə qeyd olunub.

 

Xatırladaq ki, parlamentdə çoxluq hakim partiyada olduğu üçün prezidentin qoyduğu vetonun aradan qaldırılması üçün hüquqi mexanizm var.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama