Modern.az

Paşinyan kilsəni "təsir agenti" adlandırdı - 2-3 aya həll edəcəyik...

Paşinyan kilsəni

Dünya

22 May 2024, 17:43

Ermənistan baş naziri Nikol Paşinyan müxalifətin mitinqləri fonunda kilsənin təsir agenti olduğunu deyib.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, Paşinyan bu problemi həll edəcəyini bəyan edib.

 

“Erməni xalqı din xadimləri Qeysəriyyəyə (erkən orta əsrlərdə erməni katolikoslarının xeyir-dua aldıqları Bizans şəhəri - TASS-ın qeydi) gedib məsh olunduqda və Ermənistana gələndə belə bir təcrübə yaşadılar.

 

Onlar təsir agenti oldular, deyəsən, indiyə qədər onlar üçün heç nə dəyişməyib, amma 2-3 ay ərzində bu məsələni həll edəcəyik”, - Ermənistan baş naziri vurğulayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi