Modern.az

Hakan Fidandan Azərbaycana tam DƏSTƏK

Hakan Fidandan Azərbaycana tam DƏSTƏK

22 May 2024, 22:14

Türkiyənin xarici işlər naziri Hakan Fidan ölkə parlamentində keçirilən "TÜRKPA-ya üzv dövlətlər arasında müdafiə və təhlükəsizlik arxitekturası” adlı tədbirdə çıxış edib.

 

Modern.az xəbər verir ki, o, Türkiyənin Azərbaycanın 30 ildir davam edən Qarabağ işğalına son qoyaraq Cənubi Qafqazda daimi sülhə yol açmasından çox məmnun olduğunu bildirib.

 

Fidan Ermənistanın işğalı altında olan 4 kəndin Azərbaycana qaytarıldığını və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında mayın 11-də Qazaxıstanın Almatı şəhərində keçirilən görüşlərin müsbət hal olduğunu vurğulayıb.

 

Fidan Türkiyənin bu proseslərdə Azərbaycana hərtərəfli dəstəyini davam etdirdiyini əlavə edib.

 

“Azərbaycanla Ermənistan arasında yekun sülh sazişi imzalansa, bu, təkcə iki ölkəyə deyil, bütün regionda müsbət əksini tapacaq”, - o qeyd edib.

 

Nazir Türkiyədən Orta Asiyaya qədər bütün region ölkələrinin rifahına töhfə verəcək addımlar atmaq, bölgəni firavanlıq və sabitlik dəhlizinə çevirmək istədiklərini ifadə edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyəli jurnalist Azərbaycanda nələr gördü?