Modern.az

Bu ölkədə quş qripinə ilk yoluxma

Bu ölkədə quş qripinə ilk yoluxma

Dünya

23 May 2024, 00:47

Avstraliyanın Viktoriya əyalətinin səhiyyə orqanı ölkədə quş qripinə ilk yoluxma halının qeydə alınması ilə bağlı ictimai xəbərdarlıq elan edib.

 

Modern.az xəbər verir ki, bu barədə Viktoriya Səhiyyə Departamenti məlumat yayıb.

 

Məlumata görə, quş qripi (H5N1virusu) mart ayında xaricdən qayıdan bir uşaqda aşkarlanıb. Xəstəlik ağır gedişatlı olsa da, uşaq hazırda tam sağalıb.

 

Həmçinin qeyd edilib ki, xəstəliyin insanlar arasında asanlıqla yayılmadığı nəzərə alınarsa, əlavə yoluxma hallarının baş verməsi ehtimalı çox aşağıdır. Əyalətdə virusun ötürülməsinə dair hələlik heç bir dəlil yoxdur.

 

Ştatın kənd təsərrüfatı idarəsi quş qripi virusunun Melburndan 80 kilometr qərbdə yerləşən Meredit kəndi yaxınlığındakı fermada quşlar arasında aşkar edildiyini bildirib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Türkiyəli jurnalist Azərbaycanda nələr gördü?