Modern.az

Makron Yeni Kaledoniyaya səfər edib

Makron Yeni Kaledoniyaya səfər edib

Dünya

23 May 2024, 07:30

Fransa prezidenti Emmanuel Makron mayın əvvəlindən başlayan etirazlar fonunda Yeni Kaledoniyaya səfər edib.

 

Modern.az xəbər verir ki, bu barədə "France 24" telekanalı məlumat yayıb.

 

Onu müdafiə naziri Sebastien Lekornu, daxili işlər naziri Cerald Darmanin və xarici ərazilər naziri Mari Quevenu müşayiət edib.

 

“Mən sadəcə hər şeyin mümkün qədər tez sülhə, əmin-amanlığa və təhlükəsizliyə qayıtmasını arzuladığımı söyləmək istədim. Bu, əsas prioritetdir”, - deyə Fransa prezidenti qeyd edib.

 

Səfər zamanı Makron yerli hakimiyyət nümayəndələri ilə Yeni Kaledoniya iqtisadiyyatının bərpasını, lazımi dəstək tədbirlərini, həmçinin “ən həssas siyasi məsələləri” müzakirə edəcək.

 

Qeyd edək ki, Yeni Kaledoniyada son etiraz aksiyalarının əsas səbəblərindən biri kənardan gətirilən insanlara yerli kanak xalqının ziyanına olaraq səsvermə hüququnun verilməsidir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyəli jurnalist Azərbaycanda nələr gördü?