Modern.az

Rusiya Baş Qərargah rəisinin müavini HƏBS EDİLDİ

Rusiya Baş Qərargah rəisinin müavini HƏBS EDİLDİ

Dünya

23 May 2024, 10:54

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini Vadim Şamarin saxlanılıb.

 

Modern.az xəbər verir ki, bu barədə məlumatı "Kommersant" qəzeti yayıb.

 

Silahlı Qüvvələrin Rabitə Baş İdarəsinin rəisi, general-leytenant Vadim Şamarin saxlanılması barədə xəbəri hüquq-mühafizə orqanlarındakı mənbə təsdiqləyib.

 

Məlumata görə, generalın evində dələduzluq iddiası ilə bağlı cinayət işi üzrə axtarış aparılıb. Şamarin dindirilmək üçün Rusiya Federasiyası İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsinə aparılıb.

 

Qeyd edək ki, 2020-ci ildə Baş Qərargah rəisinin sabiq müavini Xəlil Arslanov silahlı qüvvələrə texnikanın verilməsində dələduzluq və korrupsiya faktları ilə bağlı həbs edilib.

 

Bundan əvvəl Rusiya müdafiə nazirinin müavini Timur İvanov və Müdafiə Nazirliyinin Baş Kadrlar İdarəsinin rəisi, general-leytenant Yuri Kuznetsov saxlanılaraq həbs ediliblər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi