Modern.az

Kobaxidze Venesiya Komissiyasının rəyindən imtina edildiyini TƏSDİQLƏDİ

Kobaxidze Venesiya Komissiyasının rəyindən imtina edildiyini TƏSDİQLƏDİ

Dünya

23 May 2024, 11:04

Gürcüstanın baş naziri İrakli Kobaxidze təsdiq edib ki, rəsmi Tiflis Venesiya Komissiyasının “Xarici təsirin şəffaflığı haqqında” qanunun ləğvi ilə bağlı tövsiyəsindən imtina edir.

 

Modern.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, Kobaxidze komissiyanın rəyini “yalanlarla dolu absurd qeydlər” adlandırıb.

 

O, həmçinin iddia edib ki, sənəd hüquqi baxımdan o qədər zəifdir ki, “bir hüquqşünas kimi özünü narahat hiss edib”.

 

“Gürcü Arzusu” gələn həftə prezidentin xarici agentlər haqqında qanuna vetosunu ləğv etməyi planlaşdırır. 

 

Baş nazir qlobal müharibənin tərəfi olan Gürcüstana qarşı qlobal sui-qəsd və cəbhə açmaq cəhdləri ilə bağlı tezisləri yenidən səsləndirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi