Modern.az

Çin ABŞ-ın 12 şirkətinə və 10 fərdi şəxsinə sanksiya tətbiq edəcək

Çin ABŞ-ın 12 şirkətinə və 10 fərdi şəxsinə sanksiya tətbiq edəcək

23 May 2024, 15:46

Çin ABŞ-ın daha 12 şirkətinə və 10 fərdi şəxsinə sanksiyaya qarşı sanksiya tətbiqinə başladığını açıqlayıb.

 

Modern.az xəbər verir ki, Çinin Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən sanksiya tətbiq edilən müəssisələr arasında “Lockheed Martin”in raket və atəş nəzarəti törəmə şirkəti, “Raytheon”un raket sistemləri törəmə şirkəti, fərdlər arasında isə “General Dynamics Information Technology”nin rəhbər şəxsləri də var.

 

Çin Kommunist Partiyasının rəsmi nəşrlərindən olan “Global Times” qəzeti yazır ki, bu, həm Rusiyaya dəstək bəhanəsi ilə ABŞ-ın Çinin bir neçə müdafiə sənayesi şirkətinə sanksiya tətbiqi ilə bağlı son qərarına, həm də sözügedən şirkət və fərdlərin Tayvana silah tədarükündə iştirakına Pekinin cavabıdır.

 

Pekinin cavab tədbirlərinin ABŞ-ın Çinə qarşı hegemon fəaliyyəti və düşmən siyasəti ilə bağlı olduğunu qeyd edən Çin Xarici İşlər Universitetinin professoru Li Haydon “Global Times” qəzetinə müsahibəsində bildirib ki, Pekinin qərarı ABŞ-ın bu cür addımlarının cavabsız qalmayacağını göstərir.

 

Qeyd edək ki, Çin Tayvan adasına silah tədarükünə görə bir neçə gün əvvəl ABŞ-ın daha 3 şirkətinə, habelə keçmiş konqresmen Mayk Qalaqherə sanksiya tətbiq etdiyini açıqlayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyəli jurnalist Azərbaycanda nələr gördü?