Modern.az

Avropa komissarı məni güllələnən baş nazirin taleyi ilə hədələdi - KOBAXİDZE

Avropa komissarı məni güllələnən baş nazirin taleyi ilə hədələdi - KOBAXİDZE

Dünya

23 May 2024, 17:33

Gürcüstanın baş naziri İrakli Kobaxidze iddia edir ki, Aİ komissarlarından biri onu Slovakiyanın baş naziri Robert Fitsonun taleyini bölüşə biləcəyi ilə hədələyib. 

 

Modern.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, Kobaxidzenin sözlərinə görə, o, “profilaktika məqsədilə” bu barədə ictimaiyyəti məlumatlandırmaq qərarına gəlib:

 

"...Avropa komissarlarından biri ilə telefon danışığı zamanı edilən təhdid şok yaratdı. Xüsusilə, Avropa komissarı mənimlə söhbətində Qərb siyasətçilərinin qanuna qoyulan vetonu dəf etdikdən sonra görə biləcəyi bir sıra tədbirləri sadaladı. Dedi ki, Fitsoya baxın və çox diqqətli olmalısınız".

 

Kobaxidze həmçinin bildirib ki, Fitsoya hücum “qlobal müharibə tərəfi ilə xüsusilə sıx əlaqəli olan ölkələrdən birinin kəşfiyyat xidmətləri tərəfindən izlənilir”.

Bu xəbər ilə bağlı
Ötən həftə Bakıya gələn baş nazir ölkəsində GÜLLƏLƏNDİ - FOTO/VİDEO
Xəbəri oxu
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyəli jurnalist Azərbaycanda nələr gördü?