Modern.az

Daha 13 uşaq Ukraynaya qaytarıldı

Daha 13 uşaq Ukraynaya qaytarıldı

Dünya

23 May 2024, 21:56

Rusiyadan və işğal olunmuş ərazilərdən daha 13 uşaq Qətərin vasitəçiliyi ilə Ukraynaya qayıdıb.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak bildirib.

 

“Uşaqlar artıq öz doğma yurdlarına qayıtdılar və bütün dəhşətlər arxada qaldı. Qayıdandan sonra bütün ailələr Uşaq Hüquqlarını Müdafiə Mərkəzinə baş çəkdilər və orada artıq öz hekayələrini səlahiyyətli orqanlara danışdılar”, - deyə Yermak əlavə edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyəli jurnalist Azərbaycanda nələr gördü?