Modern.az

Rəisinin helikopteri niyə qəzaya uğrayıb? - Araşdırmanın nəticələri 

Rəisinin helikopteri niyə qəzaya uğrayıb? - Araşdırmanın nəticələri 

Dünya

24 May 2024, 00:19

İran ordusu ölkə rəhbərliyinin həlak olduğu helikopter qəzası ilə bağlı araşdırmanın ilkin nəticələrini açıqlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin Baş Qərargahının mətbuat xidməti məlumat yayıb.

 

Rəisiyə məxsus helikopter əvvəlcədən planlaşdırılan marşrut üzrə uçuşunu davam etdirib və təyin olunmuş uçuş yolundan kənara çıxmayıb. Dispetçerlərlə ekipaj arasında gedən söhbətlərdə şübhəli heç nə müşahidə olunmayıb.

 

Bildirilib ki, helikopterin gövdəsində xarici təsirin izləri aşkar edilməyib. 

 

Açıqlamada deyilir ki, qəzaya uğrayan helikopterin pilotu digər iki helikopterin pilotları ilə əlaqə saxlaya bilib. 

 

Helikopterin axtarışları duman, soyuq və çətin relyefə görə bütün gecə davam edib və qəza yerini İrana məxsus PUA aşkarlayıb.

 

O da qeyd olunub ki, hadisə ilə bağlı bəzi faktlar hələ də təsdiqlənməyib.

 

İran prezidenti İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir Abdullahian mayın 19-da Şərqi Azərbaycan əyalətinin şimal-qərbində helikopterin qəzaya uğraması nəticəsində həlak olublar olublar.

 

Prezident və xarici işlər nazirilə yanaşı, helikopterdə olan Şərqi Azərbaycan valisi Malek Rahmati, Təbriz şəhərinin cümə namazı rəhbəri Seyid Məhəmməd Əli Haşimi və prezidentin mühafizə dəstəsinin üzvü Mehdi Musəvi də ölüblər. Ümumilikdə 8 nəfər həlak olub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyəli jurnalist Azərbaycanda nələr gördü?