Modern.az

ABŞ Gürcüstanla münasibətlərini nəzərdən keçirir - Blinkendən sanksiya ANONSU

ABŞ Gürcüstanla münasibətlərini nəzərdən keçirir - Blinkendən sanksiya ANONSU

Dünya

24 May 2024, 09:38

ABŞ Amerika-Gürcüstan əməkdaşlığını nəzərdən keçirməyə başlayır və xarici agentlər haqqında qanunun qəbulu ilə əlaqədar Gürcüstan hakimiyyətinə viza məhdudiyyətləri tətbiq etməyə başlayır.

 

Modern.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Antoni Blinkenin bəyanatında deyilir.

 

“Gürcüstan üçün yeni viza məhdudiyyəti siyasəti Gürcüstanda demokratiyanın pozulmasına görə məsuliyyət daşıyan şəxslərə, eləcə də zorakılıq və ya hədə-qorxu kampaniyası vasitəsilə vətəndaş cəmiyyətinin və sərbəst toplaşmaq azadlığının boğulmasına” aid ediləcək. İstər indiki, istərsə də keçmiş dövlət məmurları, eləcə də onların ailə üzvləri bu məhdudiyyətlərə məruz qala bilərlər", - deyə qeyd olunub.

 

“Gürcüstanın demokratik proseslərinə və ya institutlarına xələl gətirən hər kəs, o cümlədən 2024-cü ilin oktyabrında keçiriləcək Gürcüstan seçkiləri ərəfəsində, seçkilər zamanı və ya ondan sonra – bu siyasətə əsasən ABŞ vizalarına uyğun olmayan hesab edilə və Birləşmiş Ştatlara səfərinə mane ola bilər”, - məlumatda deyilir.

 

“Bu gün mən həm də ABŞ və Gürcüstan arasında ikitərəfli əməkdaşlığın hərtərəfli nəzərdən keçirilməsinə başlayıram”, - Blinken deyib: "Bundan sonrakı qərarlar Gürcüstan hakimiyyətinin hərəkətlərindən asılı olacaq". 

 

"Biz ümidliyik ki, Gürcüstan liderləri qanun layihəsini yenidən nəzərdən keçirəcək və ölkələrinin demokratik və Avro-Atlantik istəklərini inkişaf etdirmək üçün addımlar atacaqlar", - o qeyd edib.

 

Vaşinqtonun hərəkətə keçməsinə cavab olaraq Gürcüstan hökumətinin addımlarına toxunan Blinken deyib ki, Gürcüstan vətəndaşları bu qanuna qarşı çıxış edərkən ABŞ dinc müxalifəti yatırmaq üçün hədə-qorxu və zorakılıq kampaniyasının açıq əlamətlərini görüb.

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri