Modern.az

Motosiklet sürərkən qəzaya düşən Çexiya prezidentinin SON DURUMU

Motosiklet sürərkən qəzaya düşən Çexiya prezidentinin SON DURUMU

24 May 2024, 10:57

Ötən gün motosiklet sürərkən xəsarət alan Çexiya prezidenti Petr Pavel bir neçə gün Praqadakı hərbi xəstəxanada qalacaq.

 

Modern.az xəbər verir ki, ct24 portalının məlumatına görə, onun vəziyyəti narahatlığa əsas vermir.

 

Hadisənin onun iş qrafikinə minimal təsir göstərməsi ehtimalı var. “Blesk” qəzeti yazır ki, prezidentin qabırğası sınıb.

 

62 yaşlı Pavel idmanın ehtiraslı pərəstişkarıdır və boş vaxtlarında motosiklet sürməyi xoşlayır. O, xəsarəti qapalı ticarət idman meydançalarından birində alıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama