Yaponiyada "Dogecoin"in siması və sosial şəbəkə memlərinin qəhrəmanına çevrilən it - Kabosu ölüb.
Modern.az "Meduza"ya istinadən xəbər verir ki, onun sahibi Atsuko Sato itin ölümündən danışıb.
Kabosunun 19 yaşı var imiş. 2010-cu ildə Kabosu adlı itin fotoşəkilləri internetdə yayılıb və "Doge" adlı memə çevrilib. 2013-cü ildə Kabosu "Dogecoin" kriptovalyutasının siması olub.
2023-cü ilin aprelində İlon Mask X-nin loqosunu Kabosunun şəklinə dəyişib. Dəyişikliklər edildikdən sonra "Binance" birjasında "Dogecoin" kriptovalyutasının qiyməti 30% artıb.