Modern.az

Yaponiya və Cənubi Koreyadan Rusiya və KXDR-ə SANKSİYALAR

Yaponiya və Cənubi Koreyadan Rusiya və KXDR-ə SANKSİYALAR

24 May 2024, 11:50

Yaponiya və Cənubi Koreya silah tədarükünə görə Rusiya və Şimali Koreyaya qarşı sanksiyalar elan edib.

 

Modern.az BBC-yə istinadən xəbər verir ki, Yaponiya hökuməti Şimali Koreyadan ölkəyə silah göndərilməsi və Rusiyanın Ukraynaya davam edən işğalına görə Rusiyaya qarşı sanksiyalar tətbiq edib.

 

Sanksiyalar 9 Rusiya şirkətinə, Kiprdə qeydiyyatdan keçmiş iki şirkətə və bir rusiyalı iş adamına qarşı tətbiq edilib. Bu barədə cümə günü Yaponiya hökumətinin baş katibi Yoşimasa Hayaşi Tokioda mətbuat konfransında bildirib. O, şirkətlərin adlarını açıqlamayıb. "Kyodo" agentliyi Yaponiya Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, onların Yaponiyadakı aktivləri və ödənişləri dondurulacaq.

 

Seul həmçinin Moskva və Pxenyana qarşı sanksiyaların tətbiq edildiyini açıqlayıb. Cənubi Koreyanın sanksiyaları 7 Şimali Koreya vətəndaşına və 2 Rusiya gəmisinə təsir edib. Cənubi Koreya Xarici İşlər Nazirliyinin bəyanatında vurğulandığı kimi, bu şəxslərə və Rusiya gəmilərinə qarşı sanksiyalar onların Pxenyanın nüvə və raket inkişafı üçün materialların tədarükü və maliyyələşdirilməsində iştirakı ilə bağlıdır.

 

Seul həmçinin bəyanatında bildirib ki, sanksiya tətbiq edilmiş vətəndaşlar və təşkilatlar KXDR ilə Rusiya arasında sursat daşınmasında iştirak ediblər. Siyahıdakı şəxslərlə hər hansı maliyyə əməliyyatı üçün Cənubi Koreya hakimiyyət orqanlarından xüsusi icazə tələb olunacaq.

 

Seul və Tokio sanksiyaları Yaponiya, Çin və Cənubi Koreya arasında üçtərəfli danışıqların 4 ildən sonra ilk dəfə mayın 26-27-də Cənubi Koreyanın paytaxtında keçiriləcəyi məlum olduqdan bir gün sonra elan ediblər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama