Modern.az

Rusiya Ukraynadakı müharibəyə belarusları da cəlb etmək istəyir?

Rusiya Ukraynadakı müharibəyə belarusları da cəlb etmək istəyir?

Dünya

24 May 2024, 14:48

Rusiya sosial şəbəkələr vasitəsilə Ukraynadakı müharibəyə belarusları cəlb etməyə başlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə "Flagstaff" nəşri qeyd edib.

 

Bildirilib ki, Rusiyanın “VKontakte” sosial şəbəkəsində Belarus vətəndaşlarını Rusiya qoşunlarının tərkibində Ukrayna ilə döyüşmək üçün işə cəlb edən elan yerləşdirilib. Reklam səhifəsi “Müqavilə xidməti” adlanır və loqo kimi Belarusun rəsmi gerbindən istifadə olunur.

 

Müqaviləni imzalamaq üçün 450 min rus rublu (təxminən 5 min dollar) məbləğində birdəfəlik ödəniş vəd olunur. Yazıdakı keçid Rusiya Federasiyasının Belarusla qonşu olan bölgələrindən birinin administrasiyasının işə qəbul mərkəzinə aparır. Saytda xarici vətəndaşlar üçün bölmə var.

 

Nəşr onu da vurğulayır ki, silahlı münaqişələrdə və ya döyüş əməliyyatlarında iştirak etmək üçün işə götürmə, habelə muzdluluq Belarusda həbslə nəticələnən cinayət əməlləridir.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi