Modern.az

Rusiya Ermənistandakı səfirini GERİ ÇAĞIRDI

Rusiya Ermənistandakı səfirini GERİ ÇAĞIRDI

24 May 2024, 15:10

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Moskvaya çağırılıb.

 

Modern.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova deyib.

 

O, səfirin məsləhətləşmələr üçün çağırıldığını bildirib. Qərarın səbəbi açıqlanmayıb.

 

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan ad çəkmədən 2 KTMT üzvü olan ölkəni ittiham etmişdi.

 

“Mən bizə qarşı müharibə hazırlayan ən azı iki KTMT ölkəsini tanıyıram. Bu ölkələr bizə kömək etmək istəyi imitasiyasını yaradıblar", - o bildirib. Qeyd edək ki, KTMT-yə Rusiya, Qazaxıstan, Belarus, Ermənistan, Qırğızıstan və Tacikistan daxildir.

 

Paşinyan, həmçinin Ermənistanda çevrilişə cəhd hazırladıqlarını da bəyan etmişdi. Zaxarova Paşinyanın Rusiyanı nəzərdə tutduğunu deyərək onu sərt tənqid edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi