Modern.az

Gürcüstanın hakim partiyasından Blinkenə CAVAB

Gürcüstanın hakim partiyasından Blinkenə CAVAB

Dünya

24 May 2024, 15:58

Gürcüstanın hakim "Gürcü Arzusu" Partiyasının parlament çoxluğunun rəhbəri Mamuka Mdinaradze ABŞ dövlət katibi Antoni Blinkenə cavab verib.

 

Modern.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, o, ölkəsinin müstəqilliyindən danışıb:

 

"Ölkənin müstəqilliyi hansısa viza üçün satılmır. Biz gürcülər müstəqillik üçün ölümə getmişik, lakin, görünür, bizi belə tanımırlar. Gürcülər heç vaxt öz vətənlərindən, dillərindən, inanclarından, adət-ənənələrindən, ləyaqət və ədalətlərindən güzəştə getmirlər.

 

Son nəticədə hamı gürcü xalqı və kənardan yox, xalqın özü tərəfindən sçeilən hökuməti ilə danışmalıdır".

Bu xəbər ilə bağlı
ABŞ Gürcüstanla münasibətlərini nəzərdən keçirir - Blinkendən sanksiya ANONSU
Xəbəri oxu
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi