Modern.az

Ermənistan MDB oyunlarından imtina etdi 

Ermənistan MDB oyunlarından imtina etdi 

Dünya

24 May 2024, 19:39

Ermənistan 2027-ci ildə MDB Oyunlarına ev sahibliyi etməkdən imtina edib.

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistan təhsil, elm, mədəniyyət və idman nazirinin müavini Karen Giloyan bildirib.

 

O, buna səbəb kimi həmin dövrdə ölkəsinin bir neçə irimiqyaslı idman tədbirinə ev sahibliyi etməsini göstərib:

 

“Ermənistanın 2027-ci ildə Frankofoniya Mədəniyyət və İdman Oyunlarına ev sahibliyi etmək üçün müraciəti təsdiqlənib. Gimnastika üzrə Avropa çempionatı, ağır atletika üzrə dünya çempionatı və ümumerməni oyunlarının keçirilməsi də 2027-ci ilə planlaşdırılıb”.

 

Nazir müavini vurğulayıb ki, İrəvan 2029-cu ildə MDB Oyunlarına ev sahibliyi etmək imkanını nəzərdən keçirməyə hazırdır.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi