Modern.az

Ermənistanda tank hərbi maşınla toqquşdu - 1 əsgər öldü, 6 yaralı var

Ermənistanda tank hərbi maşınla toqquşdu - 1 əsgər öldü, 6 yaralı var

Dünya

27 May 2024, 00:11

Ermənistanda hərbi təlimlər zamanı tank hərbçiləri daşıyan “URAL” markalı avtomobillə toqquşub.

 

Modern.az xəbər verir ki, bu barədə erməni mətbuatı yazıb.

 

Hadisə nəticəsində müddətli hərbi qulluqçu əsgər Ararat Aroyan həlak olub, daha 6 əsgər isə yaralanıb.

 

***

22:23

 

Ermənistan ordusunun hərbçisi ölüb.

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

 

Ararat Aroyan adlı hərbçinin hələlik məlum olmayan səbəblərdən xəsarət aldığı bildirilir.

 

Məlumata görə, həkimlərin səyinə baxmayaraq, hərbçinin həyatını xilas etmək mümkün olmayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi