Modern.az

Fransa səfiri evində ölü tapıldı

Fransa səfiri evində ölü tapıldı

Dünya

26 May 2024, 23:49

Fransanın Şri-Lanka və Maldiv adalarındakı səfiri Jan-Fransua Pakte Kolombodakı yaşadığı mənzildə ölü tapılıb.

 

Modern.az xəbər verir ki, bu barədə Şri-Lanka Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

"Şri-Lanka Xarici İşlər Nazirliyi Fransanın Şri Lanka və Maldiv adalarındakı səfiri Zati-aliləri Jan-Fransua Paktetin vəfatı ilə əlaqədar dərin hüznlə başsağlığı verir", - açıqlamada deyilir.

 

Açıqlamada fransız diplomatın ölüm səbəbi qeyd olunmayıb.

 

“The Daily Mirror” qəzeti 53 yaşlı səfirin ölüm səbəbinin infarkt olduğunu bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Aztv-nin kamerası Ermənistan tırlarını görüntülədi- Sərhədə nə daşınır?