Modern.az

İrəvanda saxlanılanların sayı 270-i keçdi - YENİLƏNİB

İrəvanda saxlanılanların sayı 270-i keçdi - YENİLƏNİB

Dünya

27 May 2024, 13:00

İrəvanda ümumilikdə 273 etirazçı saxlanılıb.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin saat 13:00-a olan məlumatında bildirilib.

Saxlanılan şəxslər İnzibati Xətalar Məcəlləsinin 182-ci (polis əməkdaşının qanuni tələbinə tabe olmama) maddəsi ilə polis şöbələrinə aparılıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidməti vurğulayıb ki, hazırda İrəvanda bağlanan küçə yoxdur.

Bazar ertəsi səhər arxiyepiskop Baqrat Qalstanyanın başçılıq etdiyi “Vətən uğrunda Tavuş” hərəkatının tərəfdarları Ermənistanın paytaxtında və regionlarında vətəndaş itaətsizliyi aksiyalarına başlayıb, İrəvanda dövlətlərarası magistral yolları, rayonlararası yolları və küçələri bağlayıblar. Bir müddət sonra polis etirazçıları saxlamağa başlayıb.

***

İrəvanda 226 etirazçı saxlanılıb.

Modern.az xəbər verir ki, bu barədə Ermənistan KİV-nə polisin mətbuat xidmətindən saat 11:00-da bildirilib.

Saxlanılan şəxslər İnzibati Xətalar Məcəlləsinin 182-ci (polis əməkdaşının qanuni tələbinə tabe olmama) maddəsi ilə şöbəyə aparılıblar.

Bazar ertəsi səhər arxiyepiskop Baqrat Qalstanyanın başçılıq etdiyi “Vətən uğrunda Tavuş” hərəkatının tərəfdarları Ermənistanın paytaxtında və regionlarında vətəndaş itaətsizliyi aksiyalarına başlayıb, İrəvanda dövlətlərarası magistral yolları, rayonlararası yolları və küçələri bağlayıblar. Bir müddət sonra polis etirazçıları saxlamağa başlayıb.

Xatırladaq ki, Ermənistanda etiraz aksiyaları aprelin 19-da Yerevanla Bakı arasında Tavuşda sərhədin delimitasiyası ilə bağlı əldə olunmuş razılığın məlum olmasından sonra başlayıb.
Mayın 9-da Tavuşdan İrəvana yürüşə rəhbərlik edən arxiyepiskop Baqrat Qalstanyan baş nazir Nikol Paşinyanı istefaya çağırıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi