Modern.az

Avropa İttifaqı Ukrayna üçün sammitdən sonra Rusiya ilə konfrans keçirəcək?

Avropa İttifaqı Ukrayna üçün sammitdən sonra Rusiya ilə konfrans keçirəcək?

Dünya

27 May 2024, 12:22

Avropa İttifaqı İsveçrədəki “sülh sammiti”ndən sonra Rusiya ilə konfrans keçirməyi planlaşdırır.  

 

Modern.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

 

Qeyd olunub ki, Kiyev üçün ölkələrin təmsilçiliyini mümkün qədər artırmaq və “Qlobal Cənub” adlanan dövlətləri konfransa cəlb etmək vacibdir. Öz növbəsində Moskva da bütün gücü ilə bunun qarşısını almağa çalışır. 

 

"Bloomberg" mənbələrinin bildirdiyinə görə, hazırda sammitin yekunları kontekstində Aİ üçün vacib məsələ iyunda keçiriləcək konfransdan payızda Səudiyyə Ərəbistanında Rusiyanın iştirakı ilə mümkün görüşə necə keçməkdir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama