Modern.az

Putini diz çökdürmək lazımdır! - Estoniya prezidenti

Putini diz çökdürmək lazımdır! - Estoniya prezidenti

Dünya

27 May 2024, 13:40

Rusiya döyüş maşını dayandırılmalı və Moskva Ukraynadakı müharibəyə görə diz çökdürülməlidir”.


Modern.az xəbər verir ki, bunu Estoniya prezidenti Alar Karis deyib.

“Rusiyanı və prezident Putini diz çökdürmək üçün mümkün olan hər şeyi edəcəyik. O zaman Ukraynada müharibənin dayandırılması ilə bağlı ciddi müzakirələr başlaya bilər”, – Karis vurğulayıb.

Bununla belə, o, Rusiyanın iki il əvvəl Ukraynanı işğal etməsinə və Putinin hələ də hakimiyyətdə olmasına görə bütün rusları günahlandırmaqdan imtina edib.

Karis Putinin gedişindən sonra Rusiyanın tez dəyişəcəyinə şübhə etdiyini bildirib.

 “Mən buna həqiqətən inanmıram. 1990-cı illərin əvvəllərində Rusiyanın şansı oldu, amma hər şey başqa cür oldu”, - Estoniya prezidenti vurğulayıb. Onun sözlərinə görə, dəyişiklik üçün bir neçə amil lazımdır ki, bunlardan da ən əsası insanların bu fürsətdən yararlanmaq istəyidir.

"Hər şey baş verməzdən əvvəl biz daha bir neçə Rusiya liderindən keçməli ola bilərik", - Karus deyib. Məhz buna görə də, onun fikrincə, Rusiyaya Qərbdən daimi təzyiqlər lazımdır - belə ki, hətta adi ruslar da başa düşsünlər ki, nəsə etmək vacibdir.

Estoniya hələ ki Rusiya ilə sərhədi bağlamaq fikrində deyil. Karisin qeyd etdiyi kimi, sərhəd qismən ona görə açıqdır ki, Estoniyada yaşayanların Rusiyada qohumları var. Estoniya prezidenti söz verib ki, lazım gələrsə, sərhəd çox tez bağlanacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi