Modern.az

NATO Qərbi Ukrayna üzərində səmanı qoruyacaq?

NATO Qərbi Ukrayna üzərində səmanı qoruyacaq?

Dünya

27 May 2024, 15:22

NATO Qərbi Ukrayna üzərində səmanı qoruya bilər.

 

Modern.az xəbər verir ki, bununla bağlı "Bild" nəşri yazıb.

 

Nəşrin yazdığına görə, bəzi NATO ölkələri Kiyevə dəstəyi genişləndirməyə və birbaşa Ukrayna ərazisində fəaliyyət göstərməyə hazırdır. Estoniya, Böyük Britaniya, Polşa, Kanada, Litva və Fransa belə bir addımın tərəfdarıdırlar. ABŞ və Almaniya isə buna qarşıdır. 

 

Xüsusilə, Ukrayna Silahlı Qüvvələri əsgərlərinin NATO təlimatçılarının Ukrayna ərazisində təlim keçməsi müzakirə olunur. 

 

Bundan əlavə, Böyük Britaniya, Kanada və Estoniya da daxil olmaqla bir sıra NATO ölkələri silah və sursatları təkcə Ukrayna sərhədlərinə deyil, həm də cəbhə xəttinə çatdırmağa hazırdır. 

 

Digər məsələ hava hücumundan müdafiə ilə bağlıdır. Qərbi Ukraynanın hava məkanının NATO-nun zenit sistemləri ilə mühafizəsi müzakirə olunur. Təşəbbüskar kimi Polşa çıxış edib.

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi