Modern.az

Avropa İttifaqının XİN başçıları Gürcüstanla bağlı heç bir qərar vermədi

Avropa İttifaqının XİN başçıları Gürcüstanla bağlı heç bir qərar vermədi

Dünya

27 May 2024, 16:24

Bu gün Brüsseldə keçirilən Aİ Xarici Əlaqələr Şurası toplantısında xarici agentlər haqqında qanunla bağlı yaranmış vəziyyətlə əlaqədar Gürcüstana aid heç bir qərar qəbul edilməyib. 

 

Modern.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, genişlənmə üzrə Avropa komissarı Oliver Varheyli toplantıda çıxış edib.

 

O bildirib ki, Gürcüstan qanunu qəbul etməklə Aİ-yə üzv olmaq üçün namizəd statusunun verilməsi üçün üç şərti pozur. 

 

Macarıstan rəsmi Tiflisi dəstəkləyib. Budapeştin nümayəndəsi bildirib ki, Gürcüstanın Aİ-yə daxil olması ilə bağlı danışıqlara başlamaq lazımdır. Bu ölkə danışıqlar üçün rəsmi prosedur olan Hökumətlərarası Konfransın keçirilməsini tələb edir.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi