Modern.az

Müttəfiqlər Ukraynaya verilən vədləri yerinə yetirmir - STOLTENBERQ

Müttəfiqlər Ukraynaya verilən vədləri yerinə yetirmir - STOLTENBERQ

Dünya

27 May 2024, 17:45

"NATO müttəfiqləri Rusiya işğalçılarına qarşı müharibədə müdafiə üçün Ukraynaya verdikləri vədləri yerinə yetirmirlər".

 

Modern.az UNIAN-a istinadən xəbər verir ki, bunu Alyansın baş katibi Yens Stoltenberq bildirib.

 

"Problem ondadır ki, biz son aylarda Ukraynaya vəd etdiyimizi çatdırmadıq. ABŞ 6 ay ərzində yeni yardım paketini razılaşdırdı. 1 milyon döyüş sursatı vəd edən avropalı müttəfiqlər bu məbləğə yaxın heç nə çatdırmadılar", - Stoltenberq deyib.

 

O vurğulayıb ki, Ukraynaya əlavə bir "Patriot" sistemi təhvil verən Almaniya istisna olmaqla, müttəfiqlər hava hücumundan müdafiə ilə bağlı vədlərini yerinə yetirməyiblər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu