Modern.az

Ukraynadan daha bir TƏBRİK

Ukraynadan daha bir TƏBRİK

Dünya

28 May 2024, 22:19

"Azərbaycanlı dostlarımızı Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edirik!".

 

Modern.az xəbər verir ki, bu sözləri Ukrayna Ali Radasının vitse-spikeri Olena Kondratyuk "Facebook" hesabında paylaşıb:

 

Bildirilib ki, 106 il əvvəl ilk dəfə müstəqil dünyəvi Azərbaycan Xalq Cümhuriyyətinin yaradılıb, eyni zamanda Azərbaycan Parlamenti də yaradılıb:

 

"Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləməkdə Azərbaycanın dəyişməz mövqeyini yüksək qiymətləndiririk. Rusiyanın genişmiqyaslı işğalından bəri göstərilən mühüm və davamlı humanitar yardıma görə təşəkkür edirik. Müharibədən zərər çəkmiş ukraynalı uşaqların istirahəti və reabilitasiyası üçün səmimi və qonaqpərvər qəbula görə minnətdarıq. Biz Azərbaycanın Ukrayna ərazisində humnitar minatəmizləmə işinə verdiyi maddi töhfəni yüksək qiymətləndiririk. Bu günü Azərbaycan xüsusilə xoşbəxt bir atmosferdə - beynəlxalq səviyyədə tanınmış sərhədlərdə suverenliyinin bərpası ilə qeyd edir. Azərbaycan xalqına dayanıqlı sülh, əmin-amanlıq, azad olunmuş ərazilərin yenidən qurulması və inteqrasiyasını arzulayıram!"

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi