Modern.az

İran parlamentinə yeni sədr seçildi

İran parlamentinə yeni sədr seçildi

Dünya

28 May 2024, 14:20

Bu gün İran parlamentin açıq iclasında rəhbərliyin seçkisi keçirilib.

Modern.az xəbər verir ki, Məhəmməd Baqir Qalibaf, Müctəba Zolnur və Mənuçöhr Mottaki parlamentin sədri vəzifəsinə namizədliklərini açıqlayıblar.

Məhəmməd Baqir Qalibaf 287 səsdən 198 səs toplayıb və 12-ci çağırışın ilk iclasında 1 illik müddətə parlamentin sədri seçilib.

Səsvermə zamanı Zolnur 60, Motaki 5 səs toplayıb, 24 səs etibarsız sayılıb.

Məhəmməd Baqir Qalibaf bundan əvvəl 4 il parlamentin sədri vəzifəsində çalışıb.

İranın yeni seçilmiş millət vəkilləri bazar ertəsi, mayın 27-də İslam İnqilabının qələbəsindən sonra 12-ci parlamentin ilk iclasını keçiriblər.

Bazar ertəsi səhər yeni parlamentin ilk iclası yüksək səviyyəli rəsmilərin, o cümlədən prezident səlahiyyətlərini icra edən Məhəmməd Moxber, Məhkəmə Sisteminin rəisi Qulamhüseyn Mohseni Ejei, yüksək səviyyəli hərbi komandirlər və xarici ölkələrin Tehrandakı səfirlərinin iştirakı ilə başlayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi