Modern.az

Pakistanda dəhşətli qəza - 28 nəfər öldü

Pakistanda dəhşətli qəza - 28 nəfər öldü

Dünya

29 May 2024, 09:00

Pakistanın Bəlucistan əyalətində avtobusun qəzaya uğraması nəticəsində azı 28 nəfər ölüb, 20-yə yaxın şəxs yaralanıb.

 

Modern.az xəbər verir ki, bu barədə “Daily Pakistan” qəzeti məlumat yayıb.

 

Hadisə çərşənbə günü səhər saatlarında Vaşuk rayonunda baş verib.

 

İlkin versiyaya görə, avtobusun təkəri partlayıb, bundan sonra o, yoldan çıxaraq aşıb.

 

Hadisə yerinə xilasedicilər cəlb edilib, yaralılar xəstəxanaya yerləşdirilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama