Modern.az

Şolts Ukraynaya Qərb silahları ilə Rusiyanı vurmağa icazə verilməsini istəyir

Şolts Ukraynaya Qərb silahları ilə Rusiyanı vurmağa icazə verilməsini istəyir

Dünya

29 May 2024, 09:56

Almaniya kansleri Olaf Şolts, görünür, Ukraynaya Qərb silahları ilə Rusiyanı vurmağa icazə verilməsini dəstəkləyir.

 

Modern.az xəbər verir ki, bunu "The Guardian" yazıb.

 

Nəşr yazır ki, Fransa prezidenti Emmanuel Makron Almaniyaya dövlət səfəri zamanı bu barədə danışarkən kansler də bu məsələdə Ukraynanı dəstəkləyib.

 

Bununla belə, o əlavə edib ki, ukraynalıların silah tədarükçülərinin şərtlərinə əməl etməsi şərti ilə Fransa lideri ilə razılaşır. Eyni zamanda, Şolts ukraynalılara lazım olan və Rusiyanın mövqelərinə güclü zərbələr endirməyə qadir olan uzaq mənzilli “Taurus” raketlərini verməkdən imtina edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama