Modern.az

Almaniyadan Avropa İttifaqına ÇAĞIRIŞ: Rusiyadan enerji idxalına son qoyun!

Almaniyadan Avropa İttifaqına ÇAĞIRIŞ: Rusiyadan enerji idxalına son qoyun!

Dünya

29 May 2024, 10:53

Almaniya Avropa İttifaqını Rusiyadan enerji idxalının son 20%-dən imtina etməyə çağırıb.

 

Modern.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

 

Agentliyin məlumatına görə, bu məqsədlə Almaniya Çexiya ilə birlikdə Rusiyadan qaz, o cümlədən LNG, eləcə də neft və nüvə yanacağının tədarükünün mərhələli şəkildə dayandırılması yollarını müəyyən edəcək yüksək səviyyəli işçi qrupunun çağırılmasını xahiş edib.

 

Qeyd edək ki, Rusiyanın Ukraynaya hücumundan sonra Aİ Rusiyadan qaz tədarükündən tədricən imtina etməyə başlayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama