Modern.az

COP29 ərəfəsində sülh müqaviləsi imzalanacaq? - Paşinyandan AÇIQLAMA

COP29 ərəfəsində sülh müqaviləsi imzalanacaq? - Paşinyandan AÇIQLAMA

Dünya

29 May 2024, 12:05

Ermənistanın baş naziri Nikol Paşinyan bu ilin noyabrında Bakıda keçiriləcək COP29 iqlim konfransı ərəfəsində sülh müqaviləsinin imzalana biləcəyinə münasibət bildirib.

 

Modern.az xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb.

 

Paşinyan deyib ki, tərəflər mətn üzərində işi tam başa çatdıra bildikdən sonra yer və vaxt daha çox müzakirə oluna bilər.

 

Onun sözlərinə görə, tərəflər bundan əvvəl Praqa və Brüsseldə ümumi prinsiplər barədə razılığa gəliblər: "Lakin indi bu prinsipləri kağız üzərində təkrarlamaq lazımdır".

Bu xəbər ilə bağlı
Tezliklə sülh sazişinin imzalanması mümkündür - Paşinyan
Xəbəri oxu
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama