Ermənistan prezidenti Vaaqn Xaçaturyan baş nazir Nikol Paşinyanın tövsiyəsi ilə bir sıra hərbi qulluqçulara general-mayor hərbi rütbəsinin verilməsi haqqında sərəncamlar imzalayıb.
Modern.az xəbər verir ki, “Hraparak”ın məlumatına görə, yüksək rütbə alanlar son vaxtlar Tavuşda xidmət edən hərbçilərdi.
Qeyd olunur ki, 3-cü ordu korpusunun komandiri Aleksandr Tsakanyanın general-mayor rütbəsi alması xüsusilə diqqəti cəlb edir.
Erməni mətbuatı Aleksandr Tsakanyanın rütbəsinin artırılmasını təəccüblə qarşılayıb.