Modern.az

Batumda mənzillərə tələbat azalıb

Batumda mənzillərə tələbat azalıb

Dünya

29 May 2024, 15:36

Gürcüstanın Acarıstan Muxtar Respublikasının paytaxtı, kurort turizm zonası Batumda mənzillərə tələbat azalıb.

 

Modern.az xəbər verir ki, bununla bağlı "Galt & Taggart" investisiya şirkətinin araşdırma nəticələri yayımlanıb.

 

2024-cü ilin birinci rübündə Qara dəniz sahilindəki Batumda mənzillərin satışı 22,8% azalıb.Ümumilikdə 3,4 min mənzil satılıb.

 

Bazarın həcmi 209,3 milyon dollar təşkil edib. Yeni tikililərin satışı 22,3 faiz, köhnə mənzillərin satışı isə 22,1 faiz azalıb.

 

Batumda mənzillərin orta qiyməti il ​​ərzində 8,1% azalaraq 1 kv.m üçün 857 dollar təşkil edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama